Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Azərbaycanda İtkimilərin (Canidae) Helmint Faunasının Müasir Vəziyyəti
R.Ş. İbrahimova, Q.H. Fətəliyev*

Son zamanlar respublika ərazisində antropogen amillərin təsiri nəticəsində vəhşi heyvanların
qidalanma arealı daralmışdur. Bu səbəbdən vəhşi heyvanlar qida axtarışı zamanı təbii ocaqlıqdan
sinantrop ocaqlığa keçərək özlərində olan helmint yumurtalarını həmin mühitdə yayırlar. Bunun
sayəsində vəhşi heyvanlar vasitəsilə hər iki ocaqlıq arasında helmint mübadiləsi yaranır. Nəticədə
heyvanların helmint faunasının tərkibinə həm sinantrop, həm də təbii ocaqlıqda olan helmintlər daxil
olur. Respublika ərazisində aparılmış çoxillik tədqiqatlar nəticəsində itkimilərdən toplanmış
helmintoloji materialların təhlili zamanı məlum oldu ki, Azərbaycanda itkimilərin helmint faunasının
müasir vəziyyəti - faunanın tərkibinə 7 növün daxil olması, 5 ocaqlığın yaranması və 12 növ helmintin
epizootoloji və epidemioloji əhəmiyyət kəsb etməsi ilə səciyyələnir.

Tülkü, çaqqal, sahibsiz it, helmint, fauna, qidalanma yerləri, aralıq sahiblər, landşaft