Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Radiasiya Fonunda Bitən Bitkilərdə OFF-ın Toplanması Və Xloroplastların Fotokimyəvi Effektivliyi
S.Y. Süleymanov, K.H.Qasımova, I.M. Hüseynova, C.Ə. Əliyev

AMEA Botanika İnstitutu
Təqdim olunan məqalədə xroniki şüalanmaya məruz qalmış adi qoşayarpaq (Zygophyllum fabago L.), adi
qamış (Phragmites australis) (Cav.), sibir arquziyası (Argusia sibirica (L.) Dandy) və xəzər iydəsi (Eleagnus
caspica) (Sosn.) Grossh. bitkilərində hydrogen-peroksid və superoksid radikallarının yaranma səviyyəsi,
eləcə də bəzi fotosintetik parametrlər öyrənilmişdir. Aşkar edilmişdir ki, Eleagnus caspica bitkisi istisna
olmaqla, bitkilərdə xlorofilin ümumi miqdarı artmışdır. FS II- nin fotokimyəvi fəallığı Phragmites australis,
Zygophyllum fabago, Elaeagnus caspica bitkilərində əhəmiyyətli şəkildə artmış, lakin Argusia sibirica L.
bitkisində isə azalmışdır. Histokimyəvi analiz nəticəsində müəyyən olundu ki, adi qamış, sibir arquziyası və
xəzər iydəsinin şüalanmaya məruz qalmış yarpaqlarında hydrogen-peroksidin toplanması güclənir.
Superoksid radikalı isə stresin təsirinə məruz qalmış Zygophyllum fabago və Argusia sibirica bitkilərində
əhəmiyyətli dərəcədə toplanır.

Xroniki ionlaşdırıcı şüalanma, oksigenin fəal formaları, fotosintetik piqmentlər, antosianlar,