Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Crataegus caucasica C.Koch. Növünün Yarpaqlarında və Çiçəklərində FlavonoidlərinToplanma Dinamikası
T.Y. Abbasova, E.N.Novruzov

AMEA Botanika İnstitutu
Qafqaz yemişanı (Crataegus caucasica C.Koch.) növünün yarpaq və çiçəklərində sərbəst və qlikozidləşmiş
flavonoidlərin gün (sutka) ərzində dəyşilmə dinamikası öyrənilmişdir. Müəyyən edilmişdir ki, bitkinin
yarpaq və çiçəklərində flavonoidlərin miqdarı gün ərzində əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayır. Ən çox
flavonoid yarpaqlarda qönçələmə, çiçəklərdə isə çiçəkləmənin başlanğıcında toplanır. Gün ərzində istər
çiçəklərdə,istərsə də yarpaqlarda flavonoidlərin toplanmasında iki maksimum – günün saat 12 və 18
radələrində, minimum isə 24-də qeyd olunur. Gün ərzində flavonoidlərin miqdarının dəyişməsi əsasən kversetin
törəmələrinin miqdarının dəyişməsi hesabına baş verir. Sərbəst və qlikozidləşmiş flavonoidlərin miqdarının
gün ərzində dəyişməsinin müxtəlif olması, onların hər birinin özünəməxsus metabolic biosintez
yolunun olmasını göstərir. Flavonoidlərin miqdarı bitkinin orqanından, inkişaf fazasından və vegetasiya dövrünün
meteroloji şəraitindən asılıdır.

Crataegus, yarpaqlar, hamaşçiçək, flavonoidlər, inkişaf fazası, dinamika