Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Rus Dağşətiri Növünün Yerüstü Hissələrinin Kumarin Törəmələrinin Tədqiqi
G.Q. Qasımova, S.V. Sərkərov*

Azərbaycan Respublikasının Gədəbəydən Şəmkir rayonuna gedən yolun Yasamal aşırımından
çiçəkləmə-meyvələmə fazasında yığılmış Peucedanum ruthenicum M.B. (Rus dağçətiri) bitkisinin
yerüstü hissələrindən asetonla ekstraksiya edərək alınmış maddələr cəmindən xromatoqrafiya metodu
ilə 3 fərdi kumarin törəməsi alınmışdır: I) C16H14O4, ə.t. 108-109°C; II) C15H14O4, ə.t. 109-110°C; III)
C19H22O3, ə.t. 117-118°C. İQ-, NMR-spektrlərinin aşkarlanmasından alınan nəticələr əsasında alınmış
kumarin törəmələri uyğun olaraq izoimperatorin, peysedanin və ostrutinin quruluş formulları ilə eyni
quruluşa malik olduqları sübut edilmişdir.

Peucedanum, kumarin törəmələri, İQ-, 1H NMR-spektr, kimyəvi sürüşmə, spin-spin qarşılıqlı təsiri, xromatoqrafiya