Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Qaraciyərin Uzunmüddətli İşemiyası Zamanı Zülal Mübadiləsində Baş Vermiş Patogenez Dəyişikliklərdə Antioksidant Müdafiə Sisteminin Rolu
R.C. Kərimova

Xroniki toksikoz modeli yaradılmış ağ siçovullarda qaraciyər işemiyasının müddətindən asılı olaraq
qanda zülal mübadiləsində baş vermiş patogenez dəyişikliklərdə antioksidant müdafiə sisteminin rolu
aydınlaşdırılmışdır. Tədqiqatlar 3 qrupa ayrılmış 45 baş ağ siçovul üzərində aparılmışdır. 1-ci qrupda
(5 baş) intakt vəziyyət, 2-ci qrupda (20 baş) 30 dəqiqəlik işemiya, 3-cü qrupda (20 baş) 30 dəqiqəlik
işemiya fonunda antioksidant müdafiə sistemi yaradılmışdır. Götürülmüş qanda ümümi zülalın,
albuminin, α1-, α2-, β, γ-qlobulinlərinin qatılığı və laktatdehidrogenazanın (LDH) fəallığı 2-ci qrupda
intakt vəziyyətlə, 3-cü qrupda isə intakt vəziyyət və 30 dəqiqəlik işemiya ilə müqayisə edilmişdir.

Qaraciyər işemiyası, zülal mübadiləsi, antioksidant müdafiə sistemi, Ridutox məhlulu