Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
İCARDA-dan İntroduksiya Olunmuş Tetraploid Buğda Növlərinin Genetik Müxtəlifliyinin Monomer Prolaminlərlə Tədqiqi
H.B. Sadıqov

İCARDA-dan introduksiya olunmuş tetraploid buğdaların 9 növünü əhatə edən 64 (biotiplərlə 88)
müxtəlif mənşəli nümunənin genetik müxtəlifliyi qliadin zülal markerlərinə görə tədqiq edilmişdir.
Qliadinin ehtiyat zülallarının elektroforetik (EF) komponentlərinin patterinlərinin ω-, γ-, β- və α-
zonalarda rastgəlmə tezliyi fərqlənmişdir. Mənşəyinə görə fərqlənən nümunələrin 4 müxtəlif zonada
paylanmış qliadin patterinlərinin genetik müxəliflik indeksi (Nei ) ω-zonada 0.959, γ-zonada 0.953, β-
zonada 0.958 və α-zonada isə 0.946 olmuşdur. Bu genotiplər arasında qliadin ehtiyat zülallarının EF
komponentlərinin patterinlərinə görə yüksək genetik polimorfizm aşkar edilmişdir.

Tetraploid buğda, genetik müxtəliflik, zülal markerlər, qliadin, lokus, allel, elektroforetik komponentlər, pattern