Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Xəzər Və Pirallahı Rayonlarının Texnogen Çirklənmiş Ərazilərinin Bitki Örtüyünün Öyrənilməsi
T.S. Məmmədov, H.H. Əsədov, M.Y. Həsənova

Məqalədə Xəzər Və Pirallahı rayonlarının texnogen çirklənmiş torpaq ərazilərinin təbii və mədəni
şəraitdə yayılan bitkilərinin müxtəlif inkişaf fazalarında herbariləri toplanılmış, kataloqa salınmış və
laboratoriyada onların təyinatı aparılmışdır. Texnogen çirklənmiş torpaqlarda rast gəlinən ağac və
kol bitkilərinin yayılma arealları müəyyənləşdirilmiş, Azərbaycan və latın dillərində siyahısı tərtib
edilmişdir. Endemik ağac və cinslərin yayılma arealları müəyyənləşdirilmiş, onların texnogen
çirklənmiş torpaqlarda rastgəlmə əmsalı müəyyənləşdirilmişdir.

Texnogen çirklənmə, ekosistem, endemik