Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Yeniyetmə-Gənc Yaşında Olan Şəxslərdə Normada və Vegeto-Damar Distoniyası Zamanı Reoensefaloqrafik Göstəricilər
Ü.R.Rzayev

AMEA A.İ.Qarayev adına Fiziologiya İnstitutu
Məqalədə 15-18 yaşında olan sağlam və vegeto-damar distoniyalı (VDD) yeniyetmə və gənclərdə baş beynin
alın və ənsə paylarının qan damarlarının funksional vəziyyəti haqda reoqrafik (RQ) məlumatlar verilmişdir.
VDD-nin hiper- və hipotonik formaları olan şəxslərin reoensefaloqramlarında (REQ) göstəricilərində
əhəmiyyətli dəyişikliklərin olması müəyyən edilmişdir ki, bu da yeniyetmə şəxslərdə serebral qan dövranının
ayrı-ayrı şəbəkələrində damar tonusunun pozulması halдarının inkişaf etməsinin mümkünlüyünü göstərir.

Beyin, reoqram, alın payı, ənsə payı, vegeto-damar distoniya, serebral damarlar, tonus