Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Duz Stresi Şəraitində Buğda Sortlarının Müxtəlif İnkişaf Fazalarında Morfofizioloji Göstəricilərinin Öyrənilməsi
Ü.F. İbrahimova *, T.H.Qaragözov

Duz stresinin ontogenezin fazalarında yumşaq (Triticum aestivum L.) və bərk (Triticum durum Desf.)
buğda sortlarının morfofizioloji göstəricilərinə (yarpaq, gövdə, sünbülün assimilyasiya sahəsi və
onların quru biokütlələri) təsiri tədqiq olunmuşdur. Müəyyən olunmuşdur ki, vegetasiya müddətində
assimilyasiyaedici orqanların səthinin sahələri və onların quru biokütlələri duz stresinin təsirindən
əhəmiyyətli dərəcədə azalır. Tədqiq olunan genotiplər arasında daha intensiv azalma Qaraqılçıq-2
sortunda müşahidə edilmişdir. Bərəkətli-95 sortu isə digər genotiplərlə müqayisədə nisbətən az
dəyişikliyə məruz qalmışdır.

buğda sortları, morfofizioloji əlamətlər, duz stresi ,flaq yarpaqları, quru biokütlə, assimilyasiyaedici orqanlar, vegetasiya müddəti