Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Bakı Şəhərinin Yaşayış Ərazilərinin Torpaqlarının Mikrobioloji və Fermentativ Aktivliyi
S.İ. Nəcəfova

Bakı şəhərində yaşayış ərazilərinin torpaqlarında bioloji aktivliyin öyrənilməsi məqsədi ilə aparılan
tədqiqatlar əsas parametrlərə: mikroorqanizmlərin sayı və katalaza, polifenoloksidaza, invertaza, ureaza və
dehidrogenaza fermentlərinin aktivliyinə əsasən aparılmışdır. Müəyyən olunmuşdur ki, bioloji aktivlik
göstəricilərindəki dəyişikliklər mövsümi xarakter daşıyır. Bakı şəhərinin yaşayış ərazilərində urbotorpaqları
üçün fermentativ aktivliyin azalması fonunda mikrobioloji aktivliyin artması xarakterikdir.

Şəhər torpaqları, mikroorqanizmlər, torpaq fermentləri, torpağın bioloji fəallığı