Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Bakı Şəhərinin Aeromikobiotasının Ekoloji Və Bioloji Xüsusiyyətləri
İ.Ə. Əliyev*, Ş.F. Əsədova, E.A. İbrahimov

Təqdim olunan iş Bakı şəhərinin aeromikobiotasının tədqiqinə həsr olunmuşdur. Müəyyənləşdirilmişdir
ki, şəhər aeromikobiotasının formalaşmasında 91 növ göbələk iştirak edir. Aydın olmuşdur ki,
antropogen mühitlərdə göbələklərin sayı 75-125 KƏV/m3 arasında dəyişir. Bu göstərici də insanların
sağlamlığı üçün hər hansı təhlükə törətmir və risk faktoru hesab olunmur.

Aeromikobiota, opportunist göbələklər, koloniyaəmələgətirən vahid, risk faktoru