Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Lənkəran Regionunun Şirin Su Hövzələrinin Çanaqlı Amöblərinin Növ Tərkibi
E.N.Tahirova

AMEA Zoologiya institutu
Məqalədə Lənkəran və Masallı rayonları ərazisində yerləşən müxtəlif şirin su hövzələrinin çanaqlı
amöblərinin növ tərkibinin tədqiqi ilə bağlı məlumatlar verilmişdir. Növlərin təyini və fotoşəkillərin
çəkilməsi “JEOL” skan elektron mikroskopu vasitəsilə həyata keçirilmişdir. Bir növ (Difflugia corona
tuberculata Vucetich, 1973) Azərbaycan faunası üçün ilk dəfə olaraq qeydə alınmışdır.

Çanaqlı amöblər, şirin su hövzələri, SEM, Cənub-Şərqi Azərbaycan