Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Bilacunaria microcarpa (Bieb.) M.Pimen et V.Tichomirov Növü Kökləri Və Yerüstü Hissələrinin Kimyəvi Komponentlərinin Xromato-Mass- Spektrometriya Metodu İlə Tədqiqi
N.X. Mikayılova, S.V. Sərkərov

Bilacunaria microcarpa (Xırdayarpaq bilakunariya) növü köklərinin və yerüstü hissələrinin kimyəvi
komponentlərinin keyfiyyət tərkibi qaz xromato-mass-spektrometriya (QXMS) metodundan istifadə
edilərək tədqiq edilmişdir. Bitkinin köklərindən və yerüstü hissələrindən alınmış ekstraktiv maddələr
cəmində təbii birləşmələrin müxtəlif qruplarından olan komponentlər müəyyən edilmişdir. Uyğun
olaraq köklərdə 13, yerüstü hissələrdə isə 14 komponent identifikasiya edilmişdir.

Bilacunaria microcarpa, kumarin, köklər, yerüstü hissələr, xromato-mass-spektrometriya