Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Dərman Bitkilərinin Efir Yağlarının Antibakterial Təsiri
S. Sh. Asbaghian1, E. N. Novruzov2, A. Fattah1

1İbn Sina Tibbi Tədqiqat Mərkəzi, Ərdəbil, İran
2AMEA Botanika Institutu
Təqdim olunan işin məqsədi potensial olaraq dörd antibiotikin (gentamisin, penisilin, nalidiks turşusu və amoksisilin) antimikrob fəallığına malik iki növ kəklikotu (Thymus vulgaris L.və Th. kotschyanus Boiss.et Hohen.) efir yağlarının antimikrob fəallığının qiymətləndirilməsi olmuşdur. Seçilən efir yağları disk diffuziya metodundan istifadə etməklə qram-mənfi Escherichia coli və qram-müsbət Staphylococcus aureus bakteriyalarına qarşı skrininq olunmuşdur. Bakterial inhibirləşmə zonasının tədqiqindən aldığımız nəticələrə görə bu yağların heç bir antibakterial təsiri yoxdur.

Antibiotiklər, antimikrob fəallıq, kəklikotu, efir yağı, qram-mənfi bakteriya, qram-müsbət bakteriya