Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Uzunmüddətli Torpaq Quraqlığı Şəraitində Buğda Bitkisinin Kök Və Yarpaqlarında H2O2-in Zərərsizləşdirilməsində İştirak Edən Antioksidant Fermentlər
АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №3 --------------------------------------- İ.M.Hüseynova, D.R.Əliyeva, Ə.Ç. Məmmədov, C.Ə. Əliyev

seynova, D.R.Əliyeva, Ə.Ç. Məmmədov, C.Ə. Əliyev
AMEA Botanika İnstitutu
Uzunmüddətli torpaq quraqlığı şəraitində buğda bitkisinin vegetativ orqanlarında katalaza, askorbatperoksiaza, qvayakolperoksidaza, benzidinperoksidaza fermentlərinin aktivliklərinin dəyişmə dinamikası və həmçinin hidrogen peroksidin toplanma dərəcəsi tədqiq edilmişdir. Müəyyən olunmuşdur ki, hidrogen peroksid quraqlığa davamlı Bərəkətli-95 genotipində stresin ilkin mərhələsində, quraqlığa həssas Qaraqılçıq-2 genotipində isə quraqlığın sonrakı mərhələlərində daha çox toplanır. Əldə olunan nəticələrə əsasən belə qənaətə gəlmək olar ki, buğda bitkisinin vegetativ orqanlarında hidrogen peroksidin neytrallaşmasında əsas rol katalazaya məxsusdur. Fermentin yüksək fəallığı daha çox Bərəkətli-95 genotipinin köklərində müşahidə olunur. Müdafiə sisteminə peroksidazaların da qoşulmasına baxmayaraq bu fermentlərin fəallığı hətta onların yeni porsiyalarının sintezindən sonra belə katalaza fermentinə nisbətən daha aşağı səviyyədə olmuşdur. Nativ PAAG elektroforez metodunun köməyi ilə buğda bitkisinin yarpaqlarında katalazanın 1, askorbatperoksidazanın 7, qvayakolperoksidazanın 3, benzidinperoksidazanın 3, köklərdə isə katalazanın 3, askorbatperoksidazanın 4, qvayakolperoksidazanın 2, benzidinperoksidazanın isə 6 izoforması aşkar olunmuşdur. Kökdə normal suvarma şəraitində KAT-ın 1, quraqlıq zamanı isə 3 izoforması müşahidə edilmişdir. Uzun müddətli torpaq quraqlığı buğda bitkisinin köklərində az mütəhərrikliyə malik 2 yeni izoformanın əmələ gəlməsi hesabına KAT fermentinin heterogenliyinin artmasına səbəb olmuşdur.

Triticum durum Desf., hidrogen peroksid, peroksidazа, katalaza, quraqlıq stresi