Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Arif Niyazi oğlu Səmədov
#

Akademik Niyazi Səmədovun yeganə övladı
və layiqli davamçısı b.e.n. Arif Səmədov
13 sentyabr 2014-cü ildə, ömrünün 68-ci ilində
ağır xəstəlikdən sonra qəflətən vəfat etmişdir.
Arif Niyazi oğlu Səmədov 1946-cı ildə Bakı
şəhərində anadan olmuşdur. O, 1969-cu ildə
V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun (indiki N.Tusi adına Azərbaycan
Dövlət Pedaqoji Universiteti) kimya-biologiya
fakultəsini bitirmişdir. 1970-ci ildə Moskva şəhərində
SSRİ Elmlər Akademiyasının A.N.Severtsov
adına “Heyvanların Təkamül Morfologiyası
və Ekologiyası” İnstitutunun əyani aspiranturasına
daxil olmuş və “Onurğasız heyvanların
eko-fizioloji proseslərinin bioloji ritmi”
mövzusunda dissertasiya müdafiə edərək, biologiya
elmləri namizədi elmi dərəcəsi almışdır.

Arif Niyazi oğlu Səmədov