Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
GÖRKƏMLİ BOTANİK ALİM VALİDƏ TUTAYUQ – 100
#

Bu il Azərbaycan Respublikası Elmlər
Akademiyasının həqiqi üzvü, Əməkdar elm
xadimi, biologiya üzrə ilk azərbaycanlı qadın
elmlər doktoru, professor Validə Tutayuqun
anadan olmasının 100 illiyi tamam olur. Validə
Tutayuq Azərbaycanda botanika elminin inkişafına
sanballı töhfələr vermiş və kənd təsərrüfatı
sahəsində milli elmi-pedaqoji kadrların
yetişdirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev elmin inkişafında və yüksək
ixtisaslı kadrların hazırlanmasında mühüm
xidmətləri olan akademik Validə Tutayuqun 100
illik yubileyinin keçirilməsi haqda sərəncam
imzalamışdır.

GÖRKƏMLİ BOTANİK ALİM VALİDƏ TUTAYUQ – 100