Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
TƏRƏVƏZ BİTKİLƏRİNDƏ QARIŞIQ VİRUS İNFEKSİYALARI HAQQINDA İLK MƏLUMAT
İ.M. Hüseynova*, N.F. Sultanova, Ə.Ç. Məmmədov, C.Ə. Əliyev

AMEA Botanika İnstitutu, Badamdar şossesi, 40, Bakı AZ1073, Azərbaycan;

Son dövrlərdə virusologiya elmində prioritet istiqamət hesab edilən müxtəlif patogenlər ilə
sahib bitki arasındakı mürəkkəb qarşılıqlı əlaqələrin öyrənilməsi baxımından qarışıq infeksiyaların
aşkarlanması və onların bitkilərdə əmələ gətirdikləri xəstəlik simptomlarının öyrənilməsi, müxtəlif
virus növləri arasında mövcud filogenetik əlaqələrin araşdırılması olduqca böyük əhəmiyyətə
malikdir.
Azərbaycanda ilk dəfə olaraq Abşeron yarımadasından toplanmış virus xəstəliyinin
xarakterik simptomlara malik 52 müxtəlif tərəvəz bitkisi qısa müddət ərzində eyni vaxtda çoxlu
sayda nümunəni analiz etməyə imkan verən spesifik immunostriplərdən (test-zolaqlardan) istifadə
etməklə müasir seroloji metod olan diaqnostik test-sistemin köməyi ilə RNT-genomlu viruslara qarşı
anticisimcikləri müəyyən etmək məqsədilə yoxlanılmışdır. Nəticədə bibər (Piper longum L.)
bitkisinin iki nümunəsində kukumoviruslara aid Cucumber mosaic virus (CMV), dörd nümunədə
tobamoviruslara aid Pepper mild mottle virus (PMMoV) və 2 nümunədə isə 4 virus -
tobamoviruslara aid 3 virus - Tomato mosaic virus (TMV), Tobacco mosaic virus (T0MV), Pepper
mild mottle virus (PMMoV) və tospoviruslara aid Tomato spotted wilt virus (TSWV) qarışıq
şəkildə aşkar edilmişdir. Eyni zamanda 12 pomidor (Solanum lycopеrsicum L.) nümunəsində
tobamoviruslara aid 2 qarışıq virus (TMV, T0MV), 4 nümunədə tospovirus TSWV, 2 nümunədə
kukumovirus CMV və 4 pomidor nümunəsində isə 3 qarışıq infeksiya (TMV, T0MV və TSWV)
aşkar edilmişdir. Yemiş (Cucumis melo L.) bitkisinin iki nümunəsində karmoviruslara aid Melon
necrotic spot virus (MNSV), iki nümunədə potiviruslara aid Zucchini Yellow Mosaic Virus
(ZYMV), üç nümunədə komovirislara aid Squash mosaic virus (SqMV) və bir nümunədə SqMV +
ZYMV qarışıq şəkildə viruslar aşkar edilmişdir.

TƏRƏVƏZ BİTKİLƏRİNDƏ QARIŞIQ VİRUS İNFEKSİYALARI HAQQINDA İLK MƏLUMAT