Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Energetika Müəssisələrinin Qazşəkilli Tullantılarından Alınmış Azot Gübrəsinin Payızlıq Buğda Bitkisi Altında İstifadəsinin Səmərəliliyi
M.C. Seyidov

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Məmməd Rahim küç., 5, Bakı AZ1073, Azərbaycan;

Təqdim olunmuş məqalədə energetika müəssisələrinin qazşəkilli tullantılarından alınmış azot
gübrəsinin buğda bitkisi altında istifadəsinin tətbiqi və bitkinin boyuna, inkişafına təsiri haqqında
məlumat verilmişdir. Aparılan təcrübə işlərinin nəticələri göstərmişdir ki, tüstüdən alınan azot
gübrəsinin buğda bitkisi altında müxtəlif doza və kəsafətdə istifadəsi bitkinin inkişafına müsbət təsir
göstərir və kənd təsərrüfatında tüstüdən alınan azot gübrəsinin tətbiqi ekoloji və iqtisadi cəhətdən
əlverişlidir.

Ətraf mühit, yanacaq, elektrokimya,mineral gübrələr, məhsuldarlıq