Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Crataegus L. Növlərinin Meyvələrində Polifenol Maddələrinin Toplanma Dinamikası
T.Y. Abbasova1, E.N. Novruzov2

1Gəncə Dövlət Universiteti, Azərbaycan
2AMEA Botanika İnstitutu
İki – beşyuvalı və qafqaz yemişanı meyvələrində polifenol maddələrinin toplanma dinamikası tədqiq
edilmişdir. Müəyyən edilmişdir ki, hər iki növün meyvələrinin böyümə və inkişafı prosesində polifenol
birləşmələrinin toplanması eyni qayda ilə gedir. Meyvələrin böyümə və inkişaf fazalarının əvvəlində
polifenolların toplanması mütəmadi olaraq artır və tam formalaşmış meyvələrdə maksimuma çatır, sonra
yavaş-yavaş azalmağa başlayır və dəyib ötmüş meyvələrdə onların miqdarı minimuma enir. Polifenol cəmini
təşkil edən komponentlərin toplanma dinamikası da ümumi polifenolların toplanma dinamikasına analoji
qaydada baş verir. Eyni zamanda müəyyən edilmişdir ki, ümumi polifenol cəmində miqdari dəyişikliklər baş
verdiyi kimi, onları təşkil edən komponentlərin, xüsusən antosianların keyfiyyət tərkibi də miqdarca
dəyişilir.

Crataegus L., meyvə, polifenol, kəmiyyət, keyfiyyət tərkibi, inkişaf fazası