Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Rubisko aktivaza: Strukturu, Ekspressiyası Və Tənzimləyici Rolu
Ş.M. Bayramov

AMEA Botanika İnstitutu, Badamdar şossesi,40, Bakı AZ1073, Azərbaycan;

Ribuloza-bisfosfat karboksilasa/oksigenaza (Rubisko) aktivaza rubiskonun aktiv mərkəzlərindən sıx birləşmış
ingibitorları azad etmək üçün ATF-in hidroliz enerjisindən istifadə edir və bitkilərdə fotosintesin
tənzimlənməsində mühüm rol oynayır. Rubisko aktivaza fermenti təbiətdə ən çox rast gəlinən və CO2
qazının fotosintetik assimilyasiyasının ilkin reaksiyasını kataliz edən Rubisko fermentinin aktivləşməsi
reaksiyasınını kataliz edərək, bitkilərin böyüməsini tənzimləyir. Təqdim olunan icmalda Rubisko aktivazanın
Rubisko fermentınin katalitik fəallığının bərpasında rolu, onun struktur-funksional təşkili, izoformalarının
genlərinin ekspressiyası, sutkalıq tsikldən və istilik stresindən asılı olaraq zülallarının miqdarının
tənzimlənmə mexanizmiləri haqqında məlumat verilir. Fotosintezin effektivliyini artırmaqla
dənli bitkilərin məhsuldarlığıının yüksəldilməsində Rubisko aktivazanın mümkün rolu müzakirə olunur.

Fotosintez, Rubisko, Rubisko aktivaza, ekspressiya, tənzimlənmə, istilik stresi