Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Zülal Markerlərlə Yumşaq Buğdanın Seleksiyasının Əsas İstiqamətlərinin Öyrənilməsi
Q.M. Həsənova*, Ə.Y. Kərimov, A.M. Abdullayev

KTN ET Əkinçilik İnstitutu, Pirşağı qəsəbəsi, 2 №-li sovxoz, Bakı AZ 1098, Azərbaycan;

Təqdim olunan məqalə yumşaq buğdanın seleksiya sortlarının qliadin bloklarına əsasən analizinə həsr
olunmuşdur. Müəyyən edilmişdir ki, öyrənilən sortların genotiplərində ən çox təsadüf olunan Gld 1A5,
Gld 1B1 blok komponentləri yüksək dən keyfiyyətinin markerləridir. Son dövrlərdə yaradılan yeni
sortlarda Gld 1A2, Gld 1A10, Gld 1B3 və Gld 1B 21 qliadin blok komponentlərinə təsadüf edilir. Bu isə
müasir seleksiyanın əsas istiqamətinin sortun abiotik və biotik amillərə davamlılıq, məhsuldarlıq və
müəyyən qədər də keyfiyyət göstəricilərinin yüksəldilməsinə yönəldiyini göstərir.

Yumşaq buğda, zülal markerlər, qliadin, seleksiya