Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Bioloji Terminologiyada İstifadə Olunan Abbreviaturalar
M.A. Nəcəfzadə 1,2

1AMEA Botanika İnstitutu, Badamdar şossesi, 40, Bakı AZ1073, Azərbaycan;
2AMEA Dilçilik İnstitutu; H.Cavid pr., 31, Bakı AZ1143, Azərbaycan;

Məqalədə abbreviaturaların termindüzəltmə üsullarından biri olaraq çoxsözlülüyün qarşısının alınması,
fikrin daha lakonik ifadə edilməsi, informasiyanın çatdırılmasına daha az vaxt sərf edilməsi və
sairə məqsədlərə xidmət etməsindən, bioloji, o cümlədən də genetik terminologiyada bu gün onlardan
geniş istifadə edilməsindən, habelə onların ingilis, rus, Azərbaycan və latın dillərində müqayisəli
lingvistik təhlil edilərək orijinal araşdırmasından bəhs edilir. Təhlilin daha sadə formada açıqlanması
məqsədilə məqalənin sonunda bir neçə misaldan ibarət cəvəl də təqdim edilir.

Abbreviasiya, çoxsözlü adlar, əsas terminlərin dubletləri, əlverişli termindüzəltmə üsulu, akronimlər, inisializmlər, alfabetizmlər