Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
"Mostar" Insektisidinin Çəki Baliğinin (Сyprinus carpio L.) Qəlsəmə Toxumasina Təsiri
N.Q. Rəhimova, E.K. Rüstəmov

AMEA Fiziologiya Iinstitutu
Aparılan tədqiqatda “Mostar”insektisidinin təsiri nəticəsində çəki balığının (Cyprinus carpio L.) qəlsəmə
toxumasının histoloji analizi aparılmışdır. 24,48,72 və 96 saatlıq LC 50 uyğun olaraq 185, 76 mq/l ; 168,53
mq/l ; 140,5 mq/l və 128 mq/l olmuşdur. Aşağıdakı histoloji dəyişikliklər aşkar edilmişdir : birinci və ikinci
lamellərin hiperplaziyası, birinci lamellərin hipertrofiyası, anevrizm ikinci lamellərin sonluqlarının
genişlənməsi, ikinci lamellərin bitişməsi, telangiektazia, epitel qatının ayrılması və onun parçalanması, ikinci
lamellərin qan damarlarında pilar hüceyrələrinin dağılması. Alınan dəlillərin ədəbiyyatda olan göstəricilərlə
müqayisəli analizi göstərmişdir ki, morfoloji dəyişikliklər uyğunlaşma- mühafizə xarakteri kimi, həmçinin
destruktiv xarakter də daşıyır.

Çəki balığı, qəlsəmə, histopatologiya, İnsektisid “Mostar”