Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Şimali-Şərqi Azərbaycanın Bəzi Su Hövzələrinin Makrozoobentosu
A.R. Əliyev, S.İ. Əliyev

AMEA Zoologiya İnstitutu, A.Abasov., 1128 döngə, Bakı AZ 1073, Azərbaycan;


2008-2010-cu illərdə ilk dəfə Şimali-Şərqi Azərbaycanın bəzi su hövzələrinin (Qmıl, Nügədi, Gülalan
göllərinin, Ataçay, Gil-gil çaylarının) makrozoobentosu tədqiq olunmuşdur. Tədqiqat nəticəsində su
hövzələrindən 13 sistematik qrupa aid olan 75 növ orqanizm aşkar olunmuşdur. Qmıl gölündə 65,
Gülalanda 59, Nügədidə 54, Ataçayda 16, Gil-Gilçayda 12 növ qeyd olunmuşdur. Göllərdə
orqanizmlərin biokütləsi 1,13-1,54 q/m2, sayı 282-404 fərd/m2; çaylarda isə biokütlə 0,21-0,34 q/m2 ,
sayı 68-114 fərd/m 2 аrasında dəyişilir.

Makrozoobentos, biokütlə, bentos