Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Mingəçevir Su Anbarında Çapaq Balığının Böyüməsinin Kompensasiyası
M.M.Seyid-Rzayev, S.İ.Əliyeva

AMEA Zoologiya İnstitutu
Çapağın böyüməsinin kompensasiya qanunauyğunluğunu öyrənmək məqsədilə ölçüsündən və yaşından asılı
olaraq eyni yaşlı çapaq fərdlərini birillik yaşına görə kiçik, orta və iri kateqoriyalarına ayırdıq. Aydın oldu ki,
daha sürətlə böyüyən üç yaşlılar birinci il zəif böyüyənlərdən iridir. Lakin birinci il kiçik ölçülü balıqlarlın
mütləq böyüməsi ikinci və üçüncü il daha çox olmuşdur. Çəki artımının kompensasiyası bütün yaş qruplarında
nəzərə çarpır. Başlanğıc çəkisi yüksək balıqların artımı ikinci və üçüncü ildə daha çox olur. Lakin buna
baxmayaraq, azçəkili balıqların sonrakı illərdə artımı iri balıqlarda olduğuna nisbətən çoxdur.

Ключевые слова: Kомпенсация, рост, масса, Мингечаурское водохранилище, мелкие, средние, крупные