Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Xəzər Dənizi Mezoplanktonunun Əsas Qruplarının (Rotatoria, Cladocera, Copepoda) Növ Və Miqdar Tərkibi
İ.X. Ələkbərov, Ə.G. Cəlilov

AMEA Zoologiya İnstitutu, Abbaszadə küç., 504-cü məhəllə, Bakı AZ1073, Azərbaycan;

Xəzər dənizinin Azərbaycan sektorunun mezoplanktonunun  əsas qruplarının taksonomik tərkibi, say və biokütləsi tədqiq olunmuşdur. Göstərilmişdir ki, biomüxtəlifliyin və miqdar göstəricilərinin mövsümi dəyişməsi suyun temperaturundan, hidroloji şəraitdən və hidrobiontların hidrobioloji ritmlərindən asılıdır. Tədqiq olunan rayon üçün mezoplanktonun orta sayı 3604, orta biokütləsi isə 67,21 təşkil etmişdir. Biokütlədə Acartia-nın payı daha çoxdur. 2006-2010-cu illərdə aparılan tədqiqatlar mezoplanktonun miqdari göstəricilərinin ildən ilə nəzərə çarpacaq dərəcədə artdığını göstərir. 

Xəzər dənizi, mezoplankton, biokütlə, say, Rotatoria, Copepoda, Cladocera, qrup, növ, Mnemiopsis leidyi