Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Azərbaycanın Şirin Sularının Diatom Yosunları
S.K. Cəfərova, Ş.C. Muxtarova

İlk dəfə olaraq mövcud ədəbiyyat materialları və orijinal alqoloji tədqiqatlar əsasında Azərbaycanın
kontinental sututarları və suaxınlarında Bacillariophyta şöbəsinin mikroyosunlarının inventarizasiyası
keçirilib. Müasir nomenklatur dəyişiklikləri nəzərə alan təftiş nəticəsində diatom yosunların 84
cinsinə, 36 fəsiləsinə, 16 sırasına, 6 yarımsinfinə və 3 sinfinə aid olan 381 növün (443 növdaxili
taksonun) siyahısı tərtib edilib. Ölkənin iri fiziki-coğrafi vilayətlərində diatom yosunların lazımınca
öyrənilməsi, yayılması və taksonomik xüsusiyyətləri müzakirə edilir.

Diatom yosunlar, şirin sular, taksonomik struktur, takson