Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Ferulago setifolia C.Koch Bitkisinin Köklərinin Qətranında7-Demetilsuberozinin Aşkar Edilməsi
G.B. İskəndərova, S.V. Sərkərov

AMEA Botanika İnsitutu
Ferulago setifolia C.Koch (Apiaceae Lindl.) bitkisinin meyvələmə fazasında tolpanan köklərinin qətranından
sütunlu xromatoqrafiya metodu ilə tərkibi C14H14O3, ə.t. 134-135ºС (heksan-xloroform qarışığından) olan
kristallik maddə ayrılmışdır. Həm ilkin maddənin, həm də onun asetil törəməsinin kimyəvi və spektral (İQ-,
NMR 1Н, 13С, 13С Dept 135) məlumatları əsasında sübut edilmişdir ki, tədqiq olunan maddə 7-oksi-6–
izopentenil kumarin (7-demetilsuberozin) quruluşuna malikdir.

Арiaceae, Ferulago, xromatoqrafiya, spektroskopiya, kimyəvi sürüşmə