Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Antibakterial Bitki Efir YağlarınınVə Unikal Sintetik Antibiotiklərin Müxtəlif Bakteriyalara Qarşı Təsirinin Müqayisəli Tədqiqi
S.Sh. Asbaghian, E.N. Novruzov

Tədqiqat işində üç müxtəlif bitkinin (Thymus vulgaris, Th. serphyllum və Mentha longifolia) efir yağlarının
antimikrob fəallığı tədqiq edilərək qiymətləndirilmişdir. Bioloji analizlərdən sonra məlum olmuşdur ki,
Staphylococcus aureus kimi qram-pozitiv və Escherichia coli və Pseudomonas aeruginosa kimi qramneqativ
bakteriayalar efir yağlarının əksəriyyətinə qarşı həssasdırlar. Hər iki tip bakteriyaların hər bir efir
yağına qarşı həssaslığının skrininqi üçün MİQ (minimal inhibirləşdirmə qatılığı (MİC)), MBQ (minimum
bakterisid qatılığı (MBC)) və inkişafın inhibirləşmə zonasının diametri kimi parametrlər təyin olunmuşdur.
Tədqiq olunan efir yağları içəricində Th. vulgaris-in efir yağı sintettik antibiotiklərlə müqayisədə ən aşağı
MİQ, MBQ-yə və ən böyük inkişafın inhibirləşmə zonasının diametrinə malik olduğu üçün ən yüksək bakterisidlik
nümayiş etdirmişdir. Hazırkı tədqiqatın nəticələri göstərir ki, bitki mənşəli efir yağları penisillin,
gentamisin, amoksisillin və nalidiks turşusu kimi sintetik antibiotiklərlə müqayisədə əhəmiyyətli dərəcədə
daha geniş antibakterial fəallıq spektrinə malikdirlər.

Efir yağı, Thymus, antibakterial fəallıq