Xəbərlər AMEA Biologiya və tibb elmləri bölməsinin rəsmi jurnalı
Jurnal haqqında

AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri seriyası) jurnalı respublikamızda müasir biologiyanın və tibbin aktual problemlərinin tədqiqinə həsr olunmuş məqalələri çap edən əsas jurnaldır. Burada biologiyanın bir çox sahələrində (biokimya, molekulyar biologiya, genetika, bioinformatika, fiziologiya (insan, bitki və heyvan), zoologiya, botanika, bitki ehtiyatşünaslığı və introduksiyası və s.), eləcə də tibbin təcrübi klinika sahəsində aparılan tədqiqatların nəticələrini əks etdirən məqalələrə üstünlük verilir. Jurnal məlumat, tədqiqat və icmal xarakterli məqalələri çap edir. Jurnal Beynəlxalq standart seriya nömrəsinə (International Standard Serial Number – İSSN 2078-3388) malik olmaqla yanaşı jurnalın web-saytı (www.jbio.az) da vardır. Artıq jurnala yaxın xaricdə və keçmiş sovet respublikalarında çalışan alim və mütəxəssislərin də marağı artmaqdadır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“AMEA-nın Xəbərləri (Biologiya Və Tibb Elmləri) Jurnalında Çap Olunmaq ÜçüTəqdim EdiləMəqalələrə Qoyulan TələbləVə Məqalələrin Tərtibi Qaydaları

 

Jurnala üç - Azərbaycan, rus və ingilis dillərində yazılmış məqalələr çapa qəbul olunur. Məqalələr orijinal tədqiqatların nəticələrini əks etdirməli, çapa təqdim olunana qədər nəticələr tam şəkildə digər dərgilərdə çap olunmamalıdır. Əldə olunmuş yeni nəticələrin prioritetini qorumaq üçün məlumat xarakterli kiçik həcmli (1-3 səhifə) məqalələri də çapa təqdim etmək olar. Jurnala həmçinin müəllifin şəxsi tədqiqatları da daxil olmaqla analitik icmallar da qəbul olunur. Tədqiqat xarakterli məqalələrin həcmi jurnalın qaydalarına görə tərtib olunmuş 5-10 səhifədən, icmal xarakterli məqalələr isə 20 səhifədən çox olmamalıdır.

 

  1. 1.        Məqalələrin quruluşu:

a)      Tədqiqat xarakterli məqalələrdə aşağıda göstərilən bölmələrinin olması vacibdir:

GİRİŞ

MATERİAL VƏ METODLAR

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

NƏTİCƏLƏR (icmal xarakterli məqalələr üçün məcburi deyil)

ƏDƏBİYYAT

Xüsusi hallarda ƏDƏBİYYAT siyahısından əvvəl işin yerinə yetirilməsində rolu olan şəxslərə və ya elmi müəssisələrə minnətdarlıq xarakterli MİNNƏTDARLIQ bölməsi də (bir neçə cümlədən və ya 10-12 sətirdən çox olmamaqla) qəbul olunur. İcmal xarakterli məqalələrdə məqalədəki başlıqların bölgüsü müəllifin ixtiyarına buraxılır.

b)      GİRİŞ hissədə tədqiqata dair son dövrlərdə görülən işlərin qısa icmalı verilməli və sonda tədqiqatın aktuallığı əsaslandırılmalıdır.

c)      MATERİAL VƏ METODLAR bölməsində işin material(lar)ı və yerinə yetirildiyi metodik üsullar aydın şəkildə göstərilməlidir. Işin yerinə yetirilməsində istifadə olunan cihazların markası və ölkə göstərilməlidir.

d)      Məqalənin NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ hissəsində tədqiqatın gedişi, alınan nəticələr və onların müzakirəsi verilir. Tədqiqatın nəticələrinin təqdimində cədvəllərdən, qrafiklərdən, sxemlərdən, şəkillərdən, kimyəvi və riyazi formullardan istifadə oluna bilər.

 

  1. 2.        Məqalələrin tərtibi qaydaları:

Məqalələr MS Office Word proqramında (versiya 97-2003 və yuxarı) yığılmalıdır. 

Format A4. Məqalənin kənarları: hər tərəfdən 2 sm.

Şrift - Times New Roman. Şriftin ölçüsü: 11. İnterval: 1.

a)      Məqalənin Adı: Şrift - Yağlı və Baş Hərflərlə, Sola Düzlənmiş Şəkildə Yığılır. Ölçüsü: 14.

b)      Müəllif(lər)in inisialları və soyadı (A.A. Soyadı). Şrift -  yağlı, sola düzlənmiş. Ölçüsü: 11.

c)      İşin yerinə yetirildiyi və ya müəllif (lər) in çalışdığı elmi müəssisənin tam adı, ünvanı və müəllif(lər)in elektron poçt ünvanı. Şrift - sola düzlənmiş adi kursiv. Ölçüsü: 11.

d)      Məqalənin qısa annotasiyası: Şrift - yağlı kənarlara düzlənmiş. Ölçüsü: 11.

e)      Açar sözlər(sayı 10-dan çox olmamaqla) verilir. Şrift – yağlı kursiv.

f)       Məqalənin əsas mətni 2 sütunla verilir. Sütunların eni bərabər olmalı - 8,1 sm.

Aralarındakı məsafə - 0,8 sm. Şrift – kənarlara düzlənmiş adi. Ölçüsü: 11.

Əsas mətnin abzas ölçüsü – 0,75 sm (girinti daxilə).

Ədəbiyyat siyahısı abzas ölçüsü – 0,25 sm (girinti xaricə).

g)      BÖLMƏLƏRİN BAŞLIQLARI: ŞRİFT - YAĞLI BAŞ HƏRFLƏRLƏ VERİLİR.

h)      Məqalənin sonunda (ƏDƏBİYYAT-dan sonra) bir sütunda məqalənin yazıldığı dildən fərqli iki dildə (Azərbaycan dilində yazılan məqalələr üçün rus və ingilis dillərində, rus dilində yazılan məqalələr üçün Azərbaycan və rus dillərində, ingilis dilində yazılan məqalələr üçün isə azərbaycan və rus dillərində) qısa xülasə (annotasiya) verilir. Məqalənin adı (Şrift – Ortada, Yağlı Baş Hərflərlə, Ölçüsü: 11), müəlliflərinin inisialları və soyadı (şrift - ortada yağlı, ölçüsü: 11), işin yerinə yetirildiyi və ya müəllif (lər) in çalışdığı elmi müəssisənin adı Şrift - sola düzlənmiş. Ölçüsü: 11.

i)        Xülasənin (rezümenin, abstrakrın) mətni (şrift – adi, ölçüsü: 11).

 

  1. 3.        İllüstrativ materiallara, formul və cədvəllərə qoyulan tələbatlar:

a)      Bir sütunda yerləşdirilən cədvəllərin eni 8,1 sm-dən, iki sütunda yerləşdirilən cədvəllərin eni 17,0 sm-dən çox olmamalıdır. Mətndə cədvəllərə verilən istinad aşağıdaki şəkildə verilir: (Cədvəl 1), (Cədvəl 2) yaxud (Cədvəl 1, 2) və s.Şriftin ölçüsü: 10 ya 11. Cədvəl 1. (şrift – yağlı). Cədvəlin adı (şrift – adi). Kəmiyyətlərin adı (şrift – yağlı), qiymətləri (şrift – adi).

b)      Şəkillərə, sxemlərə, grafiklərə mətndə istinad Şəkil sözü altında birləşdirilir. Mətndə şəkillərə verilən istinad aşağıdaki şəkildə verilir: (Şəkil 1), (Şəkil 2) ya (Şəkil 1, 2) və s. Bir sütunda yerləşdirilən şəkillərin eni 8,1 sm-dən, iki sütunda yerləşdirilən şəkillərin eni 17,0 sm-dən çox olmamalıdır.

c)      Şəkilaltı izahat (şriftin ölçüsü: 11). Şəkil 1. (şrift – yağlı), izahatlat (şrift – adi). Absis, ordinat oxlarının adları legendlər (şrift – yağlı), absis və ordinat oxlarının qiymətləri (şrift – adi).

d)      Qrafiklər uyğyn qrafik proqramlarla (MS Excel, SiqmaPlot, Origin və s.) tərtib olunmalıdır.

e)      Kimyəvi formullar müvafiq proqramlar – SymyxDraw, ChemDraw, ChemOffice və s., riyazi formullar isə MS Equation, MathType və s. formul redaktorlarından istifadə edilməklə yığılmalıdır. Riyazi formulların sayı 1-dən artıq olduqda onlar nömrələnərək, kimyəvi formulların isə altında və ya yanında adı yazılmaqla aidiyyatı bildirilir.

f)       Şəkillər müvafiq fotoredaktorlarla işlənərək mətndə yerləşdirilməlidir. Ayrıca təqdim olunan şəkillər jpeg, tiff, bmp, pdf və s. kimi formatlarda olaraq keyfiyyəti 300 point/düym-dən az olmamalıdır.

 

  1. 4.        Ələbiyyatlara istinad və ədəbiyyat siyahısın tərtibi:

a)      Ədəbiyyatlara istinad mətndə dairəvi mötərizədə göstərilməklə verilir. İstinad ilk müəllifim soyadı, məqalənin (mənbənin) nəşr olunduğu ili özündə əks etdirir. Məsələn, (Иванов, 1998 а, б; Freedi et al., 2003; Məmmədov və b., 2011) və s.

b)      Ədəbiyyat siyahısında mənbələr əlifba sırası ilə düzülür. Bu zaman müxtəlif dillərdə olan mənbələrin düzülmə ardıcıllığı belədir: əvvəl azərbaycan, sonra rus (slavyan), daha sonra ingilis dili də daxil olmaqla latın əlifbalı digər xarici dillərdə olan mənbələr.

c)      Ədəbiyyat mənbələri maksimum informativ olmalıdır. Mənbənin verilmə ardıcıllığı belədir: məqalənin müəllifləri (şrift - yağlı), sonra mötərizədə məqalənin çıxdığı il (şrift - adi), ardınca məqalənin adı (şrift - adi), dərc olunduğu dərgi (şrift - adi), dərginin cildi, nömrəsi (şrift – yağlı), sonda səhifələr (şrift - adi) verilir (nümunəyə bax).

d)      Ədəbiyyatlar mənbənin çap olunduğu orijinal dildə verilməlidir. Əgər hər hansı səbəbdən mənbəni tərcümə edərək vermək məcburiyyəti yaranarsa, ədəbiyyat mənbəyinin sonunda mötərizədə orijinalın dili göstərilməlidir.

 

  1. 5.        Çap üçün məqalələr müvafiq elmi müəssisənin Elmi Şurasının qərarı ilə birlikdə (xarici müəlliflər üçün istisnadır), müəlliflər tərəfindən imzalanmış bir nüsxə şəklində şəxsən və ya adi poçt vasitəsilə təqdim olunmalıdır. Məqalənin elektron variantı CD (DVD) yaddaş daşıyıcılarında redaksiyaya şəxsən (əlbəəl) və ya elektron poçtu (xebbio@baku.ab.az) vasitəsi ilə çatdırıla bilər. Məqalənin elektron versiyasının faylı müəllifin (və ya birinci müəllifin) soyadını və insiallarını əks etdirməlidir. Məsələn: Aliyev_BC.doc; Mamedov_DE.docx.

Redaksiyanın ünvanı: İstiqlaliyyət küç., 10, Bakı AZ1001, Azərbaycan

Aərbaycan MEA-nın Xəbərləri (biologiya və tibb elmləri) redaksiyası

E-mail: xebbio@baku.ab.az

Tel.: (994-12) 538 1164

 

QEYD: Jurnalın tələblərinə müvafiq tərtib olunmamış məqalələr geri qaytarılacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

AMEA-nın “XƏBƏRLƏR”ində çap üçün məqalələrin tərtibi

NÜMUNƏ

 

Çapa Təqdim Olunan Məqalənin Adı

 

A.B. Əıiyev1*, C.D. Məmmədov2

 

*1AMEA Botanika İnstitutu, Badamdar şossesi, 40, Bakı AZ1073, Azərbaycan;

E-mail: a.aliyev@mail.ru

2Bakı Dövlət Universiteti, akademik Z.Xəlilov küç., 23, Bakı AZ1148, Azərbaycan

 

Annotasiya annotasiya annotasiya annotasiya annotasiya annotasiya annotasiya annotasiya…

 

Açar  sözlər:açar söz1, açar söz2, … açar söz10

 

 


GİRİŞ

 

Mətn mətn mətn  mətn mətn mətn  (Иванов, 1997, 2004; Məmmədov və b., 2000; Lee et al., 2009). Mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn. Mətn mətnmətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn.

 

 

MATERİAL VƏ METODLAR

 

Mətn mətn mətn mətn mətn mətn mətn mətn (Əliyev, 2002; Aliyev et al., 2005).

Mətn mətn mətn mətn mətn mətn mətn  mətn.

                                   (1)

                                         (2)

Mətn mətn mətn mətn mətn mətn mətn mətn.

 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

 

Mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn (Şəkil 1).

 

Şəkil 1. Şəkilaltı izahat..............................................

 

Mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn (Cədvəl 1).

 

Cədvəl 1. Cədvəlin adı...............

Variantlar

Göstərici 1

Göstərici 2

Variant 1

50,9

72,5

Variant 2

61,3

98,7

 

Mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn (Şəkil 2).

 

Şəkil 2. Sxem..........................................................

 

Mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn mətn (Gonzales, 2007 a, b).

 

 

NƏTİCƏLƏR

 

  1. Mətn mətn mətn mətn mətn mətn mətn
  2. ..............................................................
  3. Mətn mətn mətn mətn mətn mətn mətn

 

 

ƏDƏBİYYAT

(məqalələr şərti olub reallığı əks etdirmir)

 

Abbasov M.L., Qarayev E.Ə., Həsənov İ.R. və b. (2005) Qarğıdalı bitkisinin seleksiyasında heterozislik effektindən istifadə olunması. Seleksiyanın nailiyyətləri.II Beynəlxalq konfransın materialları. Bakı, 2005: 22-25. 

Əliyev A.B. (2002) Fotosintez və məhsuldarlıq. Bakı, Elm: 290 s. (rus dilində).

Məmmədov A.B., Əliyev C.D., Hüseynov K.M. (2000) Bərk buğdanın məhsuldarlığına quraqlığın təsiri. AMEA-nın Xəbərləri (biol. elm. ser.) 52(6): 130-134.